Zəvvarları daşıyan avtobus qəzaya uğradı: 10 nəfər öldü

Zəvvarları daşıyan avtobus qəzaya uğradı: 10 nəfər öldü

İraqın Bəsrə bölgəsində Kərbəlaya ziyarətə gedən İran zəvvarlarını aparan avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bunu İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatların İdarəetmə və Koordinasiyası Mərkəzinin direktoru Hüseyn Derəxşən bildirib.

Onun sözlərinə görə, 2 avtomobil və bir yük maşını İran zəvvarlarını aparan avtobusla toqquşub. Yaralılar İranın İraqla sərhədində yerləşən Şalamçe şəhərində hospitala yerləşdiriliblər.

Teqlər: