Zərdabda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstəsi müəyyən edilib

Zərdabda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstəsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Nazim Həsənovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Həmin şəxs rayon ərazisində aşkarlanıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar N.Həsənov barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Teqlər: