Zərdabda silah-sursat tapıldı

Zərdabda silah-sursat tapıldı

Zərdab Rayon Polis Şöbəsinə Qarasu çayının sahilində silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AzerTimes-a bildiriblər ki, dərhal hadisə yerinə baxış keçirilib. Ərazidən 1 tapança, 34 patron və patron darağı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Teqlər: