“Zenit”lə oyun: Məmmədov toqquşmada huşunu itirdi…

“Zenit”lə oyun: Məmmədov toqquşmada huşunu itirdi…

“Neftçi” futbol klubunun qapıçısı Aqil Məmmədov Rusiyanın “Zenit” klubunun futbolçusu Vladislav Sausla oyun zamanı toqquşduqdan sonra huşunu itirib.

AzerTimes xəbər verir ki, Məmmədov xüsusi avtomobillə Sankt-Peterburqdakı xəstəxanalardan birinə aparılıb.

Məsələ ilə bağlı danışan “Neftçi”nin məşqçisi İqor Getman Aqil Məmmədovun özünə gəldiyini bildirib:

“Aqil Məmmədov özünə gəlib. İndi xəstəxanadadır, tomoqrafiya olacaq. Amma həkimlər ciddi bir şey olmadığını söyləyiblər”.

Qeyd edək ki, ötən gün “Neftçi” “Matç TV” turniri çərçivəsində “Zenit”lə qarşılaşıb və Piter təmsilçisi “ağ-qara”ları 3-1 məğlub edib.

Teqlər: