Zəngilandan verilən mesajlar yeni reallığın yaratdığı imkanlara söykənir – Deputat

May ayının 27-də Zəngilana səfəri zamanı Azərbaycan Prezidenti
İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən
böyük quruculuq işlərindən danışaraq bu sırada Ağalı kəndində
“ağıllı kənd” layihəsinin açılşında bir sıra mühüm məsələlərə
kompleks şəkildə toxundu. Hər şeydən öncə Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması ilə başlayan müstəqillik günü ilə bağlı
fikirlərini bildirərək onu hazırki reallıqlarla əlaqələndirdi.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, dövlət başçısı qeyd etdi ki, əsl
müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən.

“Azərbaycan isə özünün əsl müstəqilliyinə yalnız xalqın istəyi
ilə böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra
qovuşdu. Doğurdan da əldə etdiyimiz tarixi zəfərin
qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti
əmin olmaq olur ki, bu tarixi zəfərə yalnız müstəqil siyasət həyata
keçirməklə nail olmaq mümkün ola bilərdi.

Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki,
onlar məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə
bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi
torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın,1920-ci ildə Qərbi
Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə
bağlı idisə bir o qədər də həmin şərtlər içərisində müstəqil
siyasətin olmaması ilə bağlı idi”, – deyə deputat bildirib.

H.Babaoğlu qeyd edib ki, hazırda Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edib, azad edilmiş torpaqlarımıza böyük qayıdış başlayıb.

“10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol
nəqliyyat və enerji kommunikasiyası meydançasına çevirilib.
Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun
sülh gündəmi müəyyən edilib, Qərbi Zəngəzur dəhlizinin açılması ilə
bağlı razılıq əldə ounub, Şuşa regionun və türk dünyasının
mədəniyyət mərkəzlərindən birinə çevirilməkdədir.

Bütün azad edilmiş şəhər və rayonlarımıza yollar çəkilir.
Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı
məğlubiyyətə məhkum edilib. Azərbaycana qarşı ən müxtəlif
iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə
hərbi-siyasi və diplomatik memarı Müzəffər Ali Baş Komandanımız
İlham Əliyevdir.

Zəngilandan verilən mesajlar da məhz yaradılmış bu reallığın
verdiyi imkanlara söykənərək verilirdi. Tarixi həqiqətə, beynəlxalq
hüquqa və nəhayət ədalətə istinad edilərək verilirdi”, – deyə
deputat əlavə edib.

Teqlər: