Zəngilandan gələn fəhlə avtobusu su kanalına aşdı

Zəngilandan gələn fəhlə avtobusu su kanalına aşdı

Beyləqanda fəhlə aparan avtobus aşıb, yaralılar var.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, Zəngilandan gələn “İsuzu” markalı avtobusun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus su kanalına aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.

Teqlər: