Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Zəngilan rayonunda, “Ağıllı kənd”də Ailə Sağlamlıq Mərkəzi
fəaliyyətə başlayıb.

Bu barədə TƏBİB-dən AzerTimes-a bildirilib.

Qeyd edilib ki, Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv
sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi,
laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət
göstərir.

Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG
cihazı, sterilizator, portativ lampa, ekspress laborator test
cihazları, aspiratorla təchiz olunub.

Eyni zamanda, tibb məntəqəsi stomatoloji kreslo, portativ
rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə
masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat
matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic,
snellen göz qrafiki, oftalmoskop, kiçik cərrahi əməliyyat dəsti,
manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop dəsti,
oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu
cihazları kimi tibbi ləvazimatlarla da təmin olunub.

Qeyd edək ki, mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı
yardılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə
respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə
portativ cihaz vasitəsiylə onlayn qaydada diaqnoz və müalicə təyini
ilə bağlı məslətləşmələr aparmaq imkanı verir.

Teqlər: