Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi beş
komponentdən ibarətdir.
Trend-in
məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov FAO-nun dəstəyi
ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd
təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda
deyib.
Onun sözlərinə görə, layihə müəssisələrin, evlərin tikintisini,
alternativ enerji sahəsində addımları əhatə edir.
“Bu kəndin sakinləri tətbiq vasitəsilə suvarmanı, qaz sistemini
idarə edə biləcək. Bunun üçün müvafiq sistemlərin inteqrasiyası
üzrə işlər aparılacaq”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)