Zəngilan və Füzulidə yükdaşımaları üçün logistik mərkəzlər yaradılır

Zəngilan və Füzulidə yüklərin daşınması üçün logistik mərkəzlər
yaradılır.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri
Elşad Nuriyev bildirib.

Onun sözlərinə görə, agentliyə Araz Vadisi İqtisadi Zonasının
rezidenti kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün
logistika şirkətindən müraciət daxil olub.

“Şirkət 50-yə yaxın yük maşını alıb və Zəngəzur dəhlizinin
açılışından sonra müəssisənin işə salınması üçün infrastruktur
qurur”, – Nuriyev bildirib.

Bundan başqa, agentliyin idarə heyəti sədrinin sözlərinə görə,
FedEX, UPS, ASE Express və American Express kimi şirkətlərin yerli
nümayəndəlikləri Qarabağ Logistika şirkətini yaradıb: “Əsas məqsəd
Zəngilan və Füzuli hava limanlarında gömrük anbarları yaratmaq və
öz mərkəzlərimizi formalaşdırmaqla beynəlxalq yükdaşımaları həyata
keçirməkdir”.

Teqlər: