Zəngəzur Hərəkatından Misir Qasımlı ilə bağlı çağırış

Zəngəzur Hərəkatından Misir Qasımlı ilə bağlı çağırış

Zəngəzur Azadlıq Hərəkatının sədri Həsən Barın Ukraynada 8 il həbsə məhkum edilən Qarabağ qazisi Misir Qasımlı ilə bağlı açıqlama yayıb.

AzerTimes xəbər verir ki, açıqlamada sözügedən qərar kəskin qınanılıb.

“Ukrayna məhkəmələrinin qərarını hiddətlə qınayırıq. Bu qərar Vətən uğrunda savaşan, gözümüzün nuru Qarabağ qazilərilərimizə və türk millətçilərinə təhqirdir. Bunu ermənilərin intiqamı olaraq dəyərləndiririk. Erməni lobbisinin intiqam hissi ilə verilən bu qərarı qınayırıq. Qazimiz Misir Qasımlı və ailəsini dərindən kədərləndirən, türk millətçilərinə böyük mənfi təsirini göstərən bu qərara təcili şəkildə düzəliş edilməsini arzu edirik”, – deyə bildirilib.

Teqlər: