Zəngəzur dəhlizi yolunun bəzi hissələrində asfaltlanma işlərinə başlanılıb

Xəbər - Samir Əli – Trend:

Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində
tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində
körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin
asfaltlanması işlərinə də başlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat
konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
Saleh Məmmədov deyib.

O bildirib ki, erməni vandalları işğal dövründə Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonları ərazisində avtomobil yolları da daxil
bütün infrastrukturu demək olar ki, məhv edib.

“Bu üzdən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının
Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq,
işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası
məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən
15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, habelə
Laçın rayonu ərazisində Qorçu hava limanının tikiləcəyi ərazidə
qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam
etdirilib.

Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi,
Azərbaycan Respublikasının Prezidenti və birınci Xanımı 2020-ci il
noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı
Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan
azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun
tikintisidir.
Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin
dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay
ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də möhtərəm
cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilərək
istifadəyə verilmişdir. Bu yol, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur
dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki
Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı,
Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq,
Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır”,- S.Məmmədov
deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2021-ci il yanvar ayının
14-də Şuşa şəhərinə gedərkən, Füzuli rayonunda
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin təməlini də
qoydu: “Qarabağımızda icra olunan digər yol infrastrukturu
layihələri kimi, Füzuli Beynəlxalq Hava limanını da
əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81.6 km
olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla
2-ci avtomobil yolunu yüksək sürət və keyfiyyətlə inşa edilir.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə
başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra
olunmaqdadır. Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur
dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür. Yol
üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət
təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa
olacaqdır.

Ötən il iki qardaş ölkənin dövlət başçıları tərəfindən təməli
qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun
(Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir.
123.6 km uzunluğa malik, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət
zolaqlı olmaqla inşa edilən sözügedən yol
Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil
yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları
və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox
böyük əhəmiyyətə malikdir. Bundan başqa bu yolun regional
əhəmiyyəti də olduqca böyükdür.

Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində
tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində
körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin
asfaltlanması işlərinə də başlanılıb.

Bundan əlavə 2021-ci il ərzində işğaldan azad olunmuş Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində
Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (80.7 km, 4 hərəkət zolaqlı),
Kəlbəcər-Laçın avtomobil yolu (72.8 km, 2 hərəkət zolaqlı),
Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun
tikintisi (726.3 km, 2 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın
avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı), Qubadlı – Eyvazlı
avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Qubadlı – Mahmudlu –
Yazıdüzü – Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət
zolaqlı), Şükürbəyli-Cəbrayil-Hadrut avtomobil yolu (39.7 km, 4
hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət
zolaqlı), Hadrut-Tuğ-Azıx avtomobil yolu (22 km, 2 hərəkət
zolaqlı), Bərdə – Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət
zolaqlı), Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı),
Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun (22 km,
2 hərəkət zolaqlı) tikintisi işləri uğurla davam etdirilib”.

Teqlər: