Zəlzələni 3 dəqiqə əvvəl xəbər edən sensor hazırlandı

Zəlzələni 3 dəqiqə əvvəl xəbər edən sensor hazırlandı

İraqlı mexanika mühəndisi Hüseyn Əbdülvahhab zəlzələdən 3 dəqiqə əvvəl xəbər verən sensorun prototipini hazırlayıb.

AzerTimes xəbər verir ki, bunu mühəndisin özü Türkiyə mətbuatına açıqlamasında deyib.

“Zəlzələ sensorunun prototipini “Teknofest”ə gətirdik. Sensoru təkmilləşdirməyə davam edirik. Prototip üzərində davamlı olaraq çalışırıq. Zəlzələ sensorumuz kiçik bir cihaz olduğu üçün hər binanın içərisində müəyyən bir yerə yerləşdirilə bilər”,- Əbdülvahhab deyib.

Teqlər: