Zəlzələ Xoyda 854 binaya ziyan vurdu

Zəlzələ Xoyda 854 binaya ziyan vurdu

Yanvarın 18-də Qərbi Azərbaycan əyalətinin Xoy mahalında 5.4 bal gücündə baş verən zəlzələ nəticəsində ümumilikdə 854 binaya ziyan dəyib.

AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Mənzil Fondunun baş direktoru Cəfər Bərzgər açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, 48 bina tamamilə yenidən tikilməli, 20-80 faiz zərər görən binalar isə təmir edilməlidir.

Teqlər: