Zəlzələ metronun fəaliyyətinə təsir göstərib?

Zəlzələ metronun fəaliyyətinə təsir göstərib?

Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.

Bu barədə AzerTimes-a Bakı Metropoliteni QSC-dən bildirilib.

Qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.

Qeyd olunub ki, Bakı Metropoliteni QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir.

Teqlər: