Zelenskinin xanımı Ağ Evə gəldi: Bayden qarşıladı

Zelenskinin xanımı Ağ Evə gəldi: Bayden qarşıladı

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Ağ Evdə qonaq olub.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat verib.

Ağ Evdə Zelenskayanı Prezident Co Bayden və Cill Bayden qarşılayıb. ABŞ prezidenti avtomobildən düşən kimi Zelenskayaya böyük gül dəstəsi təqdim edib.

Qeyd olunub ki, birinci xanımlar Ukrayna hökumətinə və xalqına ABŞ-ın davamlı dəstəyini müzakirə edəcəklər.

Zelenskayanın ABŞ-ın digər yüksək vəzifəli rəsmiləri ilə də bir araya gələcəyi gözlənilir.

Teqlər: