Zelenskinin səfərindən sonra, Türkiyə və Rusiya… – Açıqlama

Zelenskinin səfərindən sonra, Türkiyə və Rusiya… – Açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərindən sonra Ankara Moskva ilə münasibətlərdə soyuqluq hiss etmir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində deyib.

“Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərindən sonra Rusiya ilə soyuq münasibətlərə dair iddialarla razılaşmırıq. Türkiyə müharibənin ilk günlərindən tərəflərin etimadını qazanmağa müvəffəq olub”, – o bildirib.

Qeyd edək ki, ötən ayın əvvəllərində V.Zelenski Türkiyəyə səfər etmişdi.

Teqlər: