Zelenskinin Ağ Evə gizli zəngi: Rusiyanın pullarını istəyib

Zelenskinin Ağ Evə gizli zəngi: Rusiyanın pullarını istəyib

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri öncəsi rusiyalı iş adamlarının həbs olunan pullarını almaq üçün Ağ Evə gizli zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə “Business İnsider” xəbər portalı məlumat yayıb.

“Zelenski respublikaçıların rəhbəri Mitç Makkonellini Rusiyanın müsadirə edilmiş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək etmək üçün istifadə edilməli olduğuna inandırmağa çalışıb. Müddəa nəhayət, ertəsi gün ABŞ Nümayəndələr Palatasında qəbul edilən və sonradan ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanan 1,7 trilyon dollarlıq büdcə qanunu layihəsinə düzəliş şəklində qəbul edilib”, – məlumatda deyilir.

Qeyd edək ki, dekabrın 21-də Zelenski Vaşinqtona gəlib, orada Baydenlə görüşüb və ABŞ Konqresində çıxış edib.

Teqlər: