Zelenskidən xəbərdarlıq: Planlarımızı açıqlamayın!

Zelenskidən xəbərdarlıq: Planlarımızı açıqlamayın!

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi ekspertləri müdafiə planlarının təfərrüatlarını açıqlamamağa çağırıb.

AzerTimes xəbər verir ki, dövlət başçısı bu barədə xalqa müraciətində bildirib.

“Ümumi qayda sadədir: müharibə, şübhəsiz ki, boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqqında nə qədər az təfərrüat versəniz, bu, planların həyata keçirilməsi bir o qədər yaxşı olar”, – o, deyib.

“Arxanızda səs-küylü başlıqlar buraxmaq istəyirsinizsə, bu başqa məsələ. Açığı, məsuliyyətsizlikdir. Əgər Ukraynanın qələbəsini istəyirsinizsə, bu başqa məsələ və dövlətimizin müdafiə və ya əks-hücumlarda nəyə hazırlaşdığı barədə deyilən hər sözə görə öz məsuliyyətinizi hiss etməlisiniz”, – Prezident əlavə edib.

Teqlər: