Avropa Liqası: Daha 6 komanda pley-offa yüksəldi

Avropa Liqası: Daha 6 komanda pley-offa yüksəldi

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

AzerTimes xəbər verir ki, ikinci oyun günündə daha 6 cavab görüşü keçirilib..

Türkiyə “Fənərbağça”sı Çexiyada “Slovaçko”nun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.

“Fənərbağça” ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin “Sürix”, İsveçin “Malmö”, Kiprin AEK (Larnaka) və Yunanıstanın “Olimpiakos” klubları mərhələ adlayıblar.

Teqlər: