İyul ayında sülh formulu sammiti keçirməyi təklif edirəm.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski G7 sammitindəki çıxışında deyib.
“Dürüstlüyə hörmət edən və Ukraynadakı müharibəni bitirmək istəyən hər kəsin sammiti olacaq. Bu, irimiqyaslı müharibəndən 500 gün sonra, iyul ayında olacaq. Bu simvolik zaman sülh formulu sammitini toplamaq üçün yaxşı aydır. Rusiya ilə danışıqlar yalnız Ukraynanın təklif etdiyi sülh formulu əsasında aparılmalıdır, çünki Ukraynaya atəşkəs yox, daimi sülh lazımdır”, – Zelenski bildirib.