Naxçıvanda ağır qəza: ölənlər var

Naxçıvanda ağır qəza: ölənlər var

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

AzerTimes Report-a istinadla xəbər verir ki, yol qəzası bu gün səhər saatlarında Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Şahbuz istiqamətindən Naxçıvan istiqamətinə hərəkət edən avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Zahid Zəfərov və 1971-ci il təvəllüdlü Bəxtiyar Şirinov hadisə yerində ölüb.

İlkin versiyaya görə, hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılmasıdır.

Teqlər: