Zelenskidən ruslara: Nə üçün mübarizə aparırsınız?

Zelenskidən ruslara: Nə üçün mübarizə aparırsınız?

Cəbhədəki vəziyyətə gəlincə, hər şey bizə aydındır. Beləliklə, bir daha təkrar edirəm – yalnız rus dilini başa düşənlər üçün: Yaşamaq istəyirsənsə qaç; yaşamaq istəyirsənsə, təslim ol; yaşamaq istəyirsənsə, azadlığın üçün küçələrdə vuruş.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə ruslara müraciətində deyib.

“Hər şeyi aldınız. Yoxsa kiminsə neft buruqları var? Saraylar var? Üzüm bağları var? Bəlkə yaxtalar var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsan?” – Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, rusların öz ölkələrində mübarizə aparacaqları bir şey var.

Teqlər: