Zelenskidən rus əsgərlərinə: Sizi tapacağıq!

Zelenskidən rus əsgərlərinə: Sizi tapacağıq!

Xersonda və cənubun digər şəhərlərində tərk edilmiş rus əsgərləri, muzdluları və əməkdaşları üçün ayrıca qeyd etmək istəyirəm. Sizin üçün yeganə xilas şansı Ukraynaya təslim olmaqdır. Biz zəmanət veririk ki, sizə qanuna və beynəlxalq standartlara uyğun davranılacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski rus əsgərləri, muzdlularına müraciətində deyib.

Zelenski mülki geyimə keçib gizlənən rus əsgərlərinə də müraciət edib:

“Demək istəyirəm ki, siz gizlənə bilməyəcəksiniz. Onsuz da tapacağıq. Könüllü olaraq təslim olmağınız yeganə seçimdir”.

Teqlər: