Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putinin həbsinə order verilməsinə münasibət bildirib.
AzerTimes xəbər verir ki, V.Zelenski bu barədə Teleqram kanalında yazıb.
“Bu, tarixi məsuliyyətin başlayacağı tarixi qərardır” – Zelenski qeyd edib.
Qeyd edək ki, ötən gün Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.