388-ci gün: Rusiyanın itkiləri açıqlandı

388-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 388-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 164 200 hərbçi, 3511 ədəd tank, 6830 ədəd zirehli döyüş maşını, 2560 ədəd artilleriya sistemi, 506 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 265 hava hücumundan müdafiə sistemi, 305 ədəd hərbi təyyarə, 290 ədəd helikopter, 5404 ədəd avtomobil texnikası, 2 159 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 259 xüsusi avadanlıq itirib.

Teqlər: