Zelenskidən Putini tərifləyən Trampa sərt cavab…

Zelenskidən Putini tərifləyən Trampa sərt cavab…

ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə “çəhrayı eynəkləri” çıxarıb baxmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə açıqlamasında deyib.

“Mənə elə gəlir ki, o, baş verənlərə təkcə Ukraynaya qarşı təhlükə prizmasından baxmamalıdır. Ola bilər ki, biz ona kifayət qədər uzaq yerləşirik, amma müharibənin heç bir məsafəsi yoxdur. Belə deyək, o, (Tramp – red.) “çəhrayı eynəkləri” olmadan situasiyaya baxmalıdır. Bilmirəm, bəlkə də bu, onun daxili siyasəti üçün, Rusiya prezidenti ilə anlaşmaya hazır olduğunu göstərmək üçün lazım idi”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, D.Tramp mühasibələrindən birində Putini dahi adlandırmış və Ukraynanı Krım və NATO-dan imtina etməyə çağırmışdı.

Teqlər: