Zelenskidən fərman: Rusiyaya qarşı sanksiyalar genişləndirildi

Zelenskidən fərman: Rusiyaya qarşı sanksiyalar genişləndirildi

Ukrayna Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik Şurasının daha iki qərarının qüvvəyə minməsi üçün fərman imzalayıb.

Fərmana əsasən, Kipr, Ukrayna və Rusiya vətəndaşları da daxil olmaqla 8 şəxsə qarşı sanksiya tətbiq edilib. Həmçinin, Krımda yerləşən 15 şirkət məhdudiyyətlərə məruz qalıb.

Məhdudiyyətlər siyahısına 119 şirkət, o cümlədən ruslar, ukraynalılar və Latviya vətəndaşları da daxil olmaqla 43 fiziki şəxs daxildir.

Ümumilikdə 51 nəfərə və 134 şirkətə qarşı sanksiya tətbiq edilib.

Teqlər: