Zelenskidən dağlı xalqlarına Şeyx Şamil eyhamı – Video

Zelenskidən dağlı xalqlarına Şeyx Şamil eyhamı – Video

Ukrayna Prezidenti Ukraynaya qarşı müharibəyə çağırılan ruslara, eləcə də Rusiyanın digər yerli xalqlarının nümayəndələrinə çağırış edib.

AzerTimes xəbər verir ki, Ukrayna lideri dağıstanlıların bu biabırçı müharibədə ölməməsi gərəkdiyini bildirib.

“Çeçen, inquş, osetin, çərkəz və digər Rusiya bayrağı altında yaşayan xalqlar… Demək olar ki, 200-ə yaxın xalq… Siz bilirsiniz, kim sizi müharibəyə göndərir. Sizi göndərən, sizi “Yük 200” (ölən hərbçilərin daşınmasına aid edilən kod) etmək istəyir”, – deyə Zelenski bildirib.

Zelenskinin dağlı xalqlarının əfsanəvi lideri Şeyx Şamilin xatirə lövhəsi önündə çıxışı diqqətdən yayınmayıb.

Teqlər: