Zelenskidən “çirkli bomba” iddialarına reaksiya…

Zelenskidən “çirkli bomba” iddialarına reaksiya…

Avropada nüvə silahını yalnı bir subyekt tətbiq edə bilər – Rusiya, Ukrayna deyil…

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Putin Rusiyanın “çirkli bomba” ilə bağlı iddialara reaksiyasında deyib.

O, xatırladıb ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu “telefon karuseli” təşkil edir və xarici işlər nazirlərinə hansısa “çirkli nüvə bombası” haqqında hekayələrlə zəng edir.

Zelenski qeyd edib ki, hər kəs bu müharibədə təsəvvür edilə biləcək çirkin hər şeyin mənbəyinin kim olduğunu yaxşı bilir.

Qeyd edək ki, Rusiya müdafiə naziri S.Şoyqu bu gün Türkiyə, Fransa, Britaniya və ABŞ müdafiə nazirləri ilə telefon danışıqlarında Ukraynanın mümkün “çirkin bomba” təxribatı ilə bağlı narahatlığını ifadə etmişdi.

Teqlər: