Zelenski Zalujnını dəyişməkdən son anda imtina edib

Zelenski Zalujnını dəyişməkdən son anda imtina edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının mümkün istefası ilə bağlı vəziyyət Qərb diplomatlarının çaşqınlığına səbəb olub.

AzerTimes xəbər verir ki, bunu britaniyalı politoloq Mark Qaleotti “Spectator” nəşrindəki məqaləsində qeyd edib.

“Zalujnının əvəz olunması ilə bağlı prezident fərmanının olduğunu, lakin onun Qərb tərəfdaşları ilə məsləhətləşmələri gözlədikləri üçün imzalanmadığını iddia edən mənbələr bəlkə də haqlı ola bilər. Çünki Ukrayna məsələləri üzrə yüksək rütbəli avropalı diplomat dünən axşam dəhşət və çaşqınlıq içində mənə yazdı ki, onların Kiyevdə olan səfirliyinə hərbi yerdəyişmə barədə məlumat verilib. Bu gün səhər isə məlumat verdilər ki, Prezident Ofisi görünür, özünə gəlib. Onlar nə düşünürdü?”, – Qaleotti bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski bu qərara reaksiyanın son dərəcə mənfi ola biləcəyini anlayaraq, ola bilsin ki, Zalujnını əvəz etmək planlarından imtina edib.

Qeyd edək ki, ötən gün Ukrayna Teleqram kanallarında Zalujnının istefaya getdiyi, ona səfir vəzifəsinin təklif olunduğu və bunu qəbul etmədiyi haqda məlumat yayılmış və bunu Rada deputatı belə təsdiqləmişdi. Daha sonra isə Ukrayna MN və Prezident Ofisi məlumatı təkzib etdi.

Teqlər: