Zelenski Yaroslav Spodarı vəzifəsindən azad etdi

Zelenski Yaroslav Spodarı vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Qvardiya komandanının müavini Yaroslav Spodarı vəzifəsindən azad edib.

AzerTimes xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərman imzalayıb.

“Spodar Yaroslav Boqdanoviç Ukrayna Milli Qvardiyasının komandirinin müavini vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.

Qeyd edilir ki, Spodar bu vəzifəni 2014-cü ildən tuturdu, onun işdən çıxarılmasının səbəbləri göstərilmir.

Qeyd edək ki, Zelenski ölkənin təhlükəsizlik və müdafiə sektorunun nümayəndələri ilə gizli görüş keçirib, görüşdə cəbhədəki vəziyyət müzakirə olunub.

Teqlər: