Zelenski və Quterreş nələri müzakirə etdi?

Zelenski və Quterreş nələri müzakirə etdi?

Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreş taxıl dəhlizi və Rusiyanın Zaporojye AES-də nüvə şantajını müzakirə ediblər.

AzerTimes xəbər verir ki, BMT-nin baş katibi və Zelenski Lvovda görüşüblər.

“Biz taxıl təşəbbüsünün həyata keçirilməsində koordinasiyanı davam etdirmək barədə razılığa gəldik. Onun inkişafının mümkün istiqamətlərini, ukraynalıların qanunsuz və məcburi deportasiyası, hərbi qulluqçularımızın və həkimlərimizin əsirlikdən azad edilməsi məsələlərini də müzakirə etdik”, – Zelenski bildirib.

Teqlər: