Ukraynanın infrastrukturunun bərpası üçün təxminən 600-800 milyard dollar gərəkdir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“600-800 milyard dollar. Luqanoda bu barədə danışmışdıq. Ekspertlərin dəyərləndirməsinə görə, dağıntıların həcmi bu qədərdir. Hər şeyin bərpası üçün bu qədər lazımdır”, – deyə Zelenski bildirib.