Cəlilabadda 4 hektar ərazi yandı

Cəlilabadda 4 hektar ərazi yandı

Cəlilabad rayonunda yanğın olub.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, yanğın Uzuntəpə kəndinin kənarında, Mahmudçala adlanan bataqlıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində 4 hektara yaxın ərazidə quru ot və kol-kos yanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da həmin yerdə daha bir yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: