Zelenski Ukraynada insanların həlak olmasına görə Qərbi təqsirləndirib

Ukraynada insanların həlak olmasına görə məsuliyyət səmanı
uçuşlara bağlamaqdan imtina edən və təyyarələr verməyən Qərb
ölkələrinin üzərinə düşür.

AzerTimes Ukrinform
agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti
Volodimir Zelenski videomüraciətində deyib.

“On üç gündür biz yalnız vədlər eşidirik. On üç gündür bizə
deyirlər ki, indicə səmada kömək olacaq, təyyarələr olacaq, bizə
onları verəcəklər”, – deyə Zelenski narazılıq edib.


O bildirib ki, Ukraynada insanların həlak olmasının günahı
Rusiyanın üzərindədir, amma buna görə məsuliyyət o cümlədən Qərb
ölkələrinin üzərinə düşür. Buna və digər baş verənlərə görə Qərbdə,
oradakı hansısa kabinetlərdə zəruriliyi açıq-aydın görünən qərarlar
qəbul edə bilməyənlər məsuliyyət daşıyır.