Zelenski Ukrayna və Rusiya arasında danışıqların birinci raundunu şərh edib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna və Rusiya arasında
danışıqların birinci raundunu şərh edib.

Bu barədə Trend Ukrayna KİV-lərinə istinadən xəbər verir.

“Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Ukrayna və Rusiya
arasında danışıqların birinci raundu baş tutub”, – deyə V.Zelenski
bildiribş


Onun sözlərinə görə, hələki almaq istədiyimiz nəticəni
almamışıq.

“Rusiya öz mövqelərini açıqlayıb. Bizdən əks məqamlaq
səsləndirilib – müharibəni bitirmək üçün. Bəzi siqnallar aldıq.
Nümayəndə heyəti Kiyevə qayıdandan sonra biz eşitdiklərimizi təhlil
edəcəyik və sonra danışıqların ikinci raunduna necə keçəcəyimizə
qərar verəcəyik”, – deyə Ukrayna prezidenti əlavə edib.