Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinə yeni komandan təyin edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı
Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı Yuri Qaluşkini
vəzifəsindən azad edib.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, V.Zelenski bu vəzifəyə general-mayor İqor
Tantsyuranı təyin edib.