Zelenski Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının sammitinin çağırılmasını təklif edib

Ukrayna prezidenti Volodimir Zelenski yaxın həftələrdə Ukrayna,
Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının
daimi üzvlərinin sammitinin çağırılmasını təklif edib.

Trend xəbər verir ki, o bu təkliflə Münhen Təhlükəsizlik
Konfransındakı nitqində çıxış edib.

Dövlət başçısı bildirib ki, Ukrayna Budapeşt Memorandumunun
qarant dövlətləri ilə məsləhətləşmələrə başlayacaq.

“2014-cü ildən bəri Ukrayna üç dəfə Budapeşt Memorandumunun
qarant dövlətlərinin məsləhətləşmələrini çağırmaq üçün cəhd edib və
bunların üçüdə uğursuz olub.

Bu gün Ukrayna bunu dördüncü dəfə, mən isə prezident kimi ilk
dəfə edirəm. Ancaq Ukrayna da, mən də bunu sonuncu dəfə edirik. Mən
Budapeşt Memorandumu çərçivəsində məsləhətləşmələrə təşəbbüs
edirəm. Bu məsələ Xarici İşlər Nazirinə tapşırılıb”, – V. Zelenski
bildirib.

Teqlər: