Zelenski türk dilində başsağlığı verdi

Zelenski türk dilində başsağlığı verdi

İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndim”.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün Tvitter səhifəsində türk dilində yazıb.

“Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir”, – deyə dövlət başçısı qeyd edib.

Teqlər: