Ukrayna prezidenti Vladimir Zelenski ilə Kanadanın Baş naziri
Castin Trüdo arasında telefon danışığı olub.
AzerTimes-ın
məlumatına görə, bu barədə V.Zelinski öz “Twitter” səhifəsində
yazıb.
“Dostum Castin Trüdo ilə müttəfiqlərimizin deeskalasiya ilə
diplomatik səyləri haqqında mühüm söhbət oldu. Mən Kanadanın
Ukraynanı gücləndirmək üçün əhəmiyyətli maliyyə paketi təqdim etmək
qərarını alqışlayıram”.