Zelenski “təhlükəsizlik zəmanəti” üçün Berlinə getdi

Zelenski “təhlükəsizlik zəmanəti” üçün Berlinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Berlinə gedib. Onun Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır. Görüş çərçivəsində Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi məlumat yayıb.

“Qarşıda iki mühüm gün var. Almaniya və Fransadakı tərəfdaşlarla görüşlər, yeni razılaşmalar və Münhen Təhlükəsizlik Konfransında iştirak nəzərdə tutulur. Ukrayna üçün yeni təhlükəsizlik arxitekturası, yeni imkanlar yaradılır”, – məlumatda deyilir.

Teqlər: