Zelenski söz verdi: Qisas olacaq!

Zelenski söz verdi: Qisas olacaq!

Dneprdəki yaşayış binalarına raket zərbəsi endirənlər cəzalanmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.

Prezidentin sözlərinə görə, hadisə yerində xilasedicilər işləyir, dağıntılar bütün gecə təmizlənəcək:

“Biz hər bir insan, hər bir həyat üçün mübarizə aparırıq. Biz bu terrorda iştirak edənlərin hamısını tapacağıq. Hər kəs cavab verəcək. Maksimum”, – Zelenski yazıb.

Qeyd edək ki, son məlumata görə, 14 yanvarda Dneprə endirilən raket zərbəsi nəticəsində 9 nəfər ölüb, 60 nəfər yaralanıb.

Teqlər: