Zelenski savaşın ildönümünə hazırlaşır: 10 bəndlik plan…

Zelenski savaşın ildönümünə hazırlaşır: 10 bəndlik plan…

Ukrayna lideri Vladimir Zelenskinin ətrafı Ukraynada on bəndlik sülh planını yekunlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” Avropa və Ukrayna diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Zelenski komandası hazırda plan üzərində işləyir və öz ideyalarını fevralın 24-də və ya o ərəfədə – Rusiya işğalının birinci ildönümündə təqdim etmək niyyətindədir.

Qeyd edək ki, bundan öncə Zelenski sülhün formulunun on bənddən – nüvə təhlükəsizliyindən tutmuş Ukraynanın ərazi bütövlüyünün bərpasına, enerji təhlükəsizliyinə, Rusiya ərazisində saxlanılan bütün hərbi əsirlərin və deportasiya edilmiş şəxslərin geri qaytarılmasına qədər – ibarət olduğunu açıqlamışdı.

Teqlər: