Zelenski şahzadədən maliyyə yardımı istədi

Zelenski şahzadədən maliyyə yardımı istədi

Prezident Vladimir Zelenski Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman ilə ukraynalı hərbi əsirlərin azad edilməsi və Ukraynaya maliyyə yardımının göstərilməsi üçün əməkdaşlıq məsələsini müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Tvitter səhifəsində məlumat yayıb.

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla müzakirə apardıq. Ukraynanın ərazi bütövlüyünü və BMT Baş Assambleyasında qəbul etdiyimiz qətnaməni dəstəklədiyinə görə təşəkkür etdim. Biz ukraynalı hərbi əsirlərin azad edilməsi ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəldik. Səudiyyə Ərəbistanının Ukraynaya makromaliyyə dəstəyi göstərməsi barədə razılaşdıq”, – deyə Zelenski bildirib.

Teqlər: