Zelenski Rusiyanı “dövlət terrorçuluğu”nda ittiham edib

Ukrayna prezidenti Volodimir Zelenski dünya ölkələrini Rusiyanın “dövlət terrorçuluğunu həyat keçirdiyini” bəyan etməyə çağırıb.

Trend-in məlumatına görə, bunu V.Zelenski
videomüraciətində deyib.

“Xarkov. Qanadlı raketlə zərbə. Avropanın ən böyük meydanı,
Azadlıq meydanında. Onlarla qurban var. Bax, belə bir səhər açılıb.
Azadlığın qiyməti budur!” – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Xarkov vilayət
administrasiyasının binasının yaxınlığına zərbə endirilib.