Zelenski Rusiya ilə diplomatik münasibətlərin dayandırılması məsələsini nəzərdən keçirəcək

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə diplomatik
münasibətlərin dayandırılması məsələsini nəzərdən keçirəcək.

Trend-in
məlumatına görə, V.Zelenski bunu Estoniya prezidenti Alar Karislə
brifinq zamanı deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Ukrayna Xarici İşlər
Nazirliyindən müraciət daxil olub.

Eyni zamanda, Ukrayna prezidenti bildirib ki, Ukraynada hərbi
vəziyyət “Rusiya tərəfinin tammiqyaslı hərbi təcavüzü təqdirində”
tətbiq edilə bilər.

“Məsələ bizim üçn aydındır. Biz inanırıq ki, Ukraynaya qarşı
şiddətli müharibə və Rusiya tərəfindən eskalasiya olmayacaq. Əgər
olacaqsa, hərbi vəziyyət tətbiq ediləcək”, – deyə o bildirib.