Özünü vəzifəli şəxs kimi təqdim edən adamın qanunsuz əməlləri ifşa edilib

Xəbər - Samir Əli – Trend:

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların
hüquqlarını pozan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb
edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata
keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, belə tədbirlərdən biri
kimi, Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olmuş
məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti
müəyyənləşdirilmiş Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə
özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib Baş
Prokurorluğun Mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə
ixtisasca müəllim olan namizədlər barəsində məlumatların
verilməsini tələb edərək namizədliyi irəli sürülmüş vətəndaşın
sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd müqabilində
2021-ci il fevralın 2-də sonuncunun 2 min 500 manat pul vəsaitini
dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də
cinayətlərin törədilməsində digər şəxslərin iştirak
edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində
əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: