Fevralın 24-dən sonra 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu müddət ərzində 1 027 şəhər və qəsəbə azad olunub, 2 610 isə hələ də Rusiya işğalı altındadır. Onların əksəriyyətinin bərpaya ehtiyacı var, yüzlərlə yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən tamamilə dağıdılıb və onları faktiki olaraq yenidən tikmək lazımdır”, – Zelenski vurğulayıb.