Qaradağda ev yandı

Qaradağda ev yandı

Bakı şəhərinin Qaradağ rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: