Ukrayna Prezidenti Vladimir Zelenski iyulda keçiriləcək NATO sammitinə dəvət olunub.
AzerTimes xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq məlumat verib.
“Güclü müstəqil Ukrayna Avro-Atlantik regionun sabitliyi üçün həyati əhəmiyyət kəsb edir və biz iyulda Vilnüsdə keçiriləcək sammitimizdə prezident Zelenski ilə görüşməyi səbirsizliklə gözləyirik”, – Stoltenberq bildirib.
Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-də Vilnüsdə keçiriləcək.